Qahirədə polis aksiyanı göz yaşardan qazla dağıtmağa çalışır

Sizin brauzer HTML5-i dəstəkləmir

Sentyabrın 14-də Misirin paytaxtı Qahirədə ABŞ səfirliyinin yaxınlığına toplaşan və polisi daşa basan aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardan qazdan istifadə olunub. Qahirədə etirazlar sentyabrın 11-dən davam edir. ABŞ-da Məhəmməd peyğəmbərin təhqir olunması kimi qiymətləndirilən filmin yayılmasından sonra Misirdə və regionun başqa ölkələrində ABŞ-a qarşı etiraz aksiyaları alovlanıb. Liviyanın Benqazi şəhərində ABŞ səfiri öldürülüb. Reuters agentliyinin videosu.