Əfsanəvi agent 007 - James Bond 50 yaşını qeyd edir

-

Əfsanəvi casus – James Bond (Ceyms Bond) və ya "agent 007" haqda indiyəcən çəkilmiş filmlər öz yaradıcılarına ümumilikdə 10 milyard dollar gəlir gətirib.

Məşhur Britaniya yazıçısı İan Fleming-in (Yan Fleminq) yaratdığı casus obrazı - James Bond haqda ilk filmin ekranlara çıxmasından 50 il keçir.

Britaniyada yubiley tədbirləri keçirilir.

James Bond haqda çəkilən filmlətin ən birincisi - “Dr.No” - nun premyerası 1962-ci il oktyabrın 5-də olmuşdu.

James Bond obrazını yaradan yazıçı İan Fleming 2-ci Dünya Müharibəsi vaxtı Britaniya Kral Donanmasında kəşfiyyat rəisinin şəxsi köməkçisi olub.

Bir çox tənqidçilərin fikrincə, indiyəcən Bond rolunda çəkilən aktyorlar arasında Sean Connery-nin (Şon Konneri) ifası daha uğurludur.

“Dr. No”- dakı Bond rolunu da o ifa edib.

Yaxın vaxtlarda isə Bond haqda 23-cü film – “Skyfall” ekranlara çıxacaq. Baş rolu üçüncü dəfədir ki, Daniel Craig (Kreyq) ifa edir.

http://www.youtube.com/embed/Sxib_cp2Gx8?feature=player_detailpage