“Gürcü arzusu” koalisiyası Abxaziya və Cənubi Osetiya ilə danışıqlara hazır olduğunu deyir

Gürcüstanda parlament seçkisində qalib gəlmiş “Gürcü arzusu” koalisiyası Rusiyanın iştirakı olmadan Abxaziya və Cənubi Osetiya ilə danışıqlara hazır olduğunu bəyan edib.

Koalisiyanın lideri Bidzina İvanishvilinin sözlərinə görə hərəkat bu iki tanınmayan respublika ilə münasibətləri reqlamentləşdirən qanunvericiliyi yüngülləşdirmək fikrindədir.

Rəsmi Tbilisi deyir ki, Rusiya bu bölgələri işğal edib.

İvanishvili qeyd edib ki, seçkidə qalib gəlmiş müxalifət Abxaziya və Cənubi Osetiya ilə geniş siyasi dialoqa səy göstərir.