İlham Əliyevlə Mikheil Saakashvili görüşüb

Foto arxiv

Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub.

APA-nın məlumatına görə, İlham Əliyevlə Mikheil Saakashvili iki ölkə arasındakı münasibətlərin uğurlu inkişafından məmnunluq bildirilib və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.