Kənd camaatı içməyə su tapmır

Sizin brauzer HTML5-i dəstəkləmir

Tərtərin Əskipara kəninin camaatı içməli suyu pulnan alır. Sakinlərdən Yaqub Səmədov susuzluqdan qurumuş yeri kənd yox, səhra adlandırır: “Su sarıdan əziyyət çəkirik. İçməyə, toyuq-cücəyə, əkinə-səpinə… Nə vaxta qədər suyu pulla alacağımızı bilmirəm. Bildiyim, təsərrüfatsız, əkinsiz-biçinsiz kənd həyatının olmadığıdır. Bütün bunların olması üçünsə su yoxdur. Bir sözlə, kənddə su deyənin dilini kəsirlər”.