Prezident seçkilərində 4 986 296 nəfərin səsvermə hüququ olacaq

Məzahir Pənahov

“Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərində 4 986 296 nəfərin səsvermə hüuüu olacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib. MSK-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, yenilənmiş siyahı tezliklə Mərkəzin internet səhifəsində yerləşdiriləcək.

Seçici siyahısında qadınlar 2 462 983 , kişilərin sayı isə 2 523 313 nəfərdir.
İlk dəfə səsvermədə iştirak edənlərin sayı isə 114 minə yaxındır.

M.Pənahov bildirib ki, seçici siyahıları müvafiq dövlət qurumları ilə birgə hazırlanıb və proses mayın sonunadək yekunlaşacaq.