Nemtsov Olimpiya kompleksinin tikintisində 30 milyard yeyinti olduğunu deyir

Boris Nemtsov

Soçi qış Olimpiya kompleksinin tikintisində ümumilikdə 25-30 milyard dollar arası yeyinti olub.

Hesabatı “Parnas” partiyasının həmsədri, müxalifətdə olan siyasətçi Boris Nemtsov “Həmrəylik” hərəkatının üzvlərilə birlikdə hazırlayıb.

Hesabatda ən böyük müqavilələrin prezident Putinin dostlarına verildiyi bildirilir.