«Ədəbi Azadlıq-2013»ün qalibləri

-
İyunun 6-da «Ədəbi Azadlıq – 2013» müsabiqəsinin qalibləri açıqlanıb.

Şeir nominasiyasında: Balayar Sadiq (1-ci yer), Sara Selcan (2-ci yer) və Könül Həsənqulu ilə Fərid Hüseyn (3-cü yer).

Ədəbii Azadlıq mükafatının təqdimat mərasimi

-
Təqdimat mərasimindən canlı yayım (təkrar)
http://embed.bambuser.com/broadcast/3646735



Hekayə nominasiyasında təbrizli yazar Hamid Əhmədi ("Bir Mən Qalmışdım, Bir Küçə, Bir də Ayda" hekayəsi) qalib seçilib.

Münsiflər heyəti 2-ci yerə Vüqar Cəfərovu ("Tablo" hekayəsi) layiq bilib.

3-cü yerə Ayxan Ayvaz ("Monoton" hekayəsi) və Hacı Hacıyevi ("Şampun" hekayəsi) layiq görülüb.

Tədbir iştirakçılarına «Ədəbi Azadlıq» Müsabiqəsinin seçmə şeir və hekayələrindən ibarət kitablar paylanıb.

Kitabı əldə etmək istəyənlər AzadlıqRadiosunun Bakı bürosu ilə əlaqə yarada bilərlər. Tel: 436 77 40.

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimindən fotolar



Tədbirə ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar da qatılıb. O, AzadlıqRadiosunu 60 illik yubileyi münasibətilə və bu ədəbiyyat layihəsinə görə təbrik edib.

Hamid Əhmədi