İlham Əliyev AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Philippe Lefortu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.

Azər Tacın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.