Hərbi Parada 100-dən çox təyyarə və vertolyot çıxarılacaq

Bakıda hərbi parad, 26 iyun 2011

-
İyunun 26-da Azadlıq meydanında keçiriləcək hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot çıxarılacaq.

Müdafiə Nazirliyinin iyunun 25-də yaydığı məlumatda belə deyilir.

Məlumatda qeyd olunur ki, müasir silahların nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Paradda prezident İlham Əliyev də iştirak edəcək.

Azərbaycanın müstəqilliyi dövründə ilk hərbi parad sabiq prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə 1992-ci il oktyabrın 9-da keçirilib.