AXCP fəalı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Sizin brauzer HTML5-i dəstəkləmir

AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur. Bu barədə qərar iyulun 3-də Sumqayıt şəhər Məhkəməsində verilib.