Əlövsət Osmanlı vəfat edib

Əlövsət Osmanlı

-
Təhsil üzrə ekspert, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı 57 yaşında vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, ölümünə səbəb ürək tutması olub.
Oğlu Dilqəm Osmanov bildirib ki, atası sentyabrın 7-də Milli Parkda gəzişərkən qəfildən ürəyi tutub. Həkim çağrılsa da, onu xilas etmək mümkün olmayıb.
Əslən Gürcüstandan olan Əlövsət Osmanlı Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirmişdi.
O riyaziyyat üzrə onlarla dərslik müəllifiydi. Bu dərsliklər Azərbaycan, rus və gürcü dillərində çap olunmuşdu.
Əlövsət Osmanlı daha çox Azərbaycan təhsilinin vəziyyətini, Təhsil Nazirliyinin işini tənqid edən çıxışları ilə diqqət çəkib.