Əliyevlərin biznesi ilə bağlı araşdırma qalib olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Qızıl mədənlərində Əliyevlərin payı

.

Braziliyada keçirilən Qlobal Araşdırmaçı Jurnalistika Konfransında “Global Shining Light Award” mükafatının qalibləri açıqlanıb. Mükafat təhlükə altında aparılan jurnalist araşdırmalarına verilir.
Bu il baş mükafata iki araşdırma layiq görülüb.
Bunlardan biri Azadlıq Radiosunun əməkdaşları Xədicə İsmayılova və Nüşabə Fətullayevanın “Azərbaycanda korrupsiya” adlanan və Prezident ailəsinə məxsus biznesdən bəhs edən araşdırmasıdır.
(Azadlıq Radiosu, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları” təşkilatı və Çexiyanın Jurnalist Araşdırmaları Mərkəzi).

Braziliyada keçirilən Qlobal Araşdırmaçı Jurnalistika Konfrans (Foto: Miranda Patrucic)

Mükafatla bağlı yayılan məlumatda deyilir ki, araşdırmadan sonra X.İsmayılova naməlum şəxslərdən şantaj məktubu almış və ona “özünü yığışdırmayacağı halda rüsvay ediləcəyi” barədə xəbərdarlıq edilmişdi. Amma X.İsmayılova şantaja boyun əyməmiş və Prezident ailəsinin gizli biznes əməliyyatları barədə araşdırmalarını davam etdirmişdi.
“X.İsmayılova nadir rast gəlinən cəsarət göstərib” – deyə münsiflər qeyd ediblər: “O, diktatura şəraitində çalışır və onun korrupsiyanı aşkarlamaq missiyası həyatı üçün təhlükəli ola bilər.”
“The Global Shining Light Award” mükafatını Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi maliyyələşdirir. 2003-cü ildən verilir.