“Möhtəşəm yüzil” sosial mediada partlayış yaratdı

-

Türkiyənin ən çox izlənən filmlərindən olan “Möhtəşəm yüzil”in son bölümündə Şahzadə Mustafanın öldürüldüyü səhnə sosial mediada böyük müzakirələrə yol açdı.

Türk mətbuatı yazır ki, Osmanlı xanədanının Türkiyədə yaşayan törəmələrinə həqarət mesajları, söyüşlər yağdırılıb.

Osmanlı ailəsinin hazırkı iyerarxiyasında 3-cü adam olan, Sultan Əbdülhəmidin nəvəsi Harun Abdülkerim Efendi Osmanoğlu və oğlu Orhan Osmanoğlu yaşadıqlarını “Al Jazeera” kanalına anladıblar.

Filmin çərşənbə axşamı yayınlanan 123-cü bölümünü özünün də seyr etdiyini söyləyən Orhan Osmanoğlu, film bitər-bitməz telefonlarının zəng çalmağa başladığını, sosial mediadakı hesablarının mesaj yağmuruna tutulduğunu deyib:

"Sabah dörde kadar telefonlarım hiç susmadı, sosyal paylaşım sitelerinden tutun da telefonuma kadar hakaretler yağdı. En yakın dostlarımdan bile rencide edici mesajlar aldım. Telefonumun sesini kıstım fakat yine de uyuyamadım."

Mesajlarda nələr yazılır – sualına Osmanoğlu belə cavab verib:

"Örneğin, ' Hürrem’in tohumundan geliyorsunuz soyunuz ortada' diyorlardı. 'Hiç mi acımadınız? Saltanat sürseniz kim bilir kaç oğlunuzu öldürürdünüz' diye yazıyorlardı. Diğer mesajlardan bahsetmiyorum bile. Gece boyunca gözümü kırpmadım. 500 yıl önce yaşanan bir olay nasıl olur da bugün böylesine bir patlamaya yol açar anlamış değilim."

"Biz də insanıq" deyən Orhan Osmanoğlu, özünün də oğlu olduğunu və filmdən çox təsirləndiyini deyib:

"Ben babayım, filmi izlerken büyük hüzün yaşadım… Oğlumun kafasına bir sinek bile konsa ben sineği nasıl öldürürüm diye düşünürüm. Seyretmesi bile gerçekten kolay değildi.”

“Möhtəşəm yüzil”in yayınının 3 ilə yaxındır davam etdiyini və Osmanlı xanədanının yalnız bu filmlə xatırlandığını qeyd edən Orhan Osmanoğlu bunun onlara çox pis təsir etdiyini söyləyib.

Osmanoğlu iddia edir ki, filmdə çoxlu tarixi yanlışlıqlar var, amma Osmanlı xanədanının üzvlərinə, bunları əldə əsas tutub məhkəməyə müraciət edilməsi tövsiyə edilsə də, onlar bundan vaz keçiblər:

"Orada yüzlerce kişi ekmek yiyor, beğenelim, ya da beğenmeyelim insanların ekmeğiyle oynamaya hakkımız yok.”

Harun Abdülkerim Efendi Osmanoğlu isə filmi heç izləmədiyini söyləyib. Onun fikrincə, Osmanlı xanədanının yalnız hərəmxana və dedi-qodularla gündəmə gətirilməsi anlamsızdır. O bu durumu haqsızlıq hesab edir.

"Sultan devlet işlerini bırakıp sanki sürekli haremle ilgileniyor imajı yansıtılmaya çalışılıyor" - deyən Harun Abdülkerim Efendi Osmanoğlu, ailəsinin bu şəkildə gündəmə gəlməsindən böyük rahatsızlıq duyduğunu qeyd edibş