Zümrüd Yağmurdan yeni roman gəldi

-

Yazıçı Zümrüd Yağmurun yeni romanı çap olunub.

“Yağış qadın” adlanan roman Qarabağ müharibəsindən bəhs edir.

Amma romanda döyüş səhnələri, səngərdə üz-üzə duran əsgərlər yoxdur.

Hadisələrin bir günə sığışdırıldığı romanda 3 dönəm əhatə olunub. 1918-ci il, 1992-ci il və indiki zaman...

Bir əsir qadının taleyində 3 nəslin faciəsini əks etdirən romanın mərkəzində duran fikrə gəlincə, müəllif bildirir ki, əslində, bəşər milli kimliklər deyil, insani kimliklər üzərində dursaydı, indi dünyanın mənzərəsi tamamən başqa olardı.

Müharibələrin kimsəyə, heç bir xalqa qələbə gətirmədiyini, hətta özünü qalib edən xalqın da əslində insanlığının və mərhəmətinin öldüyünü psixoloji çalarla təqdim edən əsər artıq satışdadır.