Baş Prokurorluqdan Leyla Yunusun iddialarına cavab

Eldar Sultanov

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun Leyla Yunusun iddialarına cavabı belə oldu:

«Leyla Yunus onu hədələyən şəxsin telefon nömrəsini istintaqa təqdim etsə, zəng edənin şəxsiyyəti müəyyənləşərək müvafiq tədbirlər görüləcək».

Bundan əvvəl hüquq müdafiəçisi AzadlıqRadiosuna açıqlamasında prokurorluq əməkdaşları tərəfindən təhdid olunduqlarını dilə gətirib.