Mariupol döyüşlərində azı 3 yaraqlı öldürülüb, 25 adam yaralanıb

Mariupol 9 May 2014-cü il

Ukraynanıən Daxili işlər Nazirliyi Mariupolda ordu ilə rusiyapərəst yaraqlılar arasında döyüşdə 20 yaraqlının öldüyünü bildirib.

Şəhərin səhiyyə idarəsi 3 nəfərin ölməyini təsdiqləyir. Donetskin səhiyyə rəsmiləri 25 adamın yaralandığını bildirir.

Mayın 9-da Mariupolda yaraqlıların tutduğu polis idarəsini azad etmək üçün ordu hücuma keçəndən sonra ağır döyüşlər başlanıb və polis məntəqəsi tamamilə dağılıb.
İnterfaks agentliyinin məlumatına görə ordu ağır zirehli texnikadan istifadə edib.