Elif Şafakın romanı Azərbaycan dilində!

-

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi.


ELİF ŞAFAK “QARA SÜD”

Yeni nəşr olunmuş roman ilk gördüyü varlığın anası olduğunu güman eləyən
ördək balasına oxşayır. Gedir, gedir, mütləq onu sevən bir oxucu tapır. Ona
yaxınlaşır. Artıq hər şey yaxşıdır. Kefi yerindədir. Onu “doğan” yazıçını arayıb-axtarmağa ehtiyac duymur.

Kitabı sevə-sevə oxuyan oxucu da onu alıb həyatına daxil eləyir. Əsl ədəbiyyat oxucusu sevdiyi kitabı qoruyub saxlayır.

Romanların anaları yazıçılar yox, oxuculardır.

Elif Şafakın ilk avtobioqrafik əsəri olan “Qara süd” romanı analıq və yazıçılıq probleminin anatomiyasını heyrətamiz dəqiqliklə açır.

Tərcümə: Nəriman Əbdülrəhmanlı


COVANNI BOKKAÇÇO “DEKAMERON”

“Dekameron” əsərini Covanni Bokkaçço 1352-1354-cü illər arasında yazıb. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoyub. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir.

Tərcümə: Beydulla Musayev


AHMET ÜMİT “İSTANBUL XATİRƏSİ”

Bizantiondan İstanbula uzanan həyəcanla dolu sərgüzəşt...

Sarayburnunda, Atatürk heykəlinin dibində meyit... meyitin ovcunda antik pul..Amma nə bu meyit son qurban, nə də həmin antik pul son sikkədi... Yeddi qurban, yeddi hökmdar, yeddi sikkə, yeddi qədim yer... Bir də yeganə bir həqiqət – şəhərin sirli tarixi.

Tərcümə: Nəriman Əbdülrəhmanlı