ARDNŞ iyun ayında 100 milyon dollardan artıq qazanıb

-

Dövlət Neft Şirkəti bu ilin iyun ayında yanacaq satışından 100 milyon dollardan artıq qazanıb.

Şirkət ötən ay 173 ton avtomobil benzini, 80 min ton dizel yanacağı, 32 min ton təyyarə yanacağı və 39 min ton vakuum qazoylu ixrac edib.

Məlumatı ARDNŞ yayıb.

Neft Şirkəti bildirir ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində 557 ton avtomobil benzini, 377 min ton dizel yanacağı, 75 min ton təyyarə yanacağı, 178 ton soba mazutu və 109 min ton vakuum qazoylu ixrac edilib.

Şirkətin son 5 ayda yanacaqdan əldə etdiyi gəlir isə təxminən 752 milyon dollar olub.

2014-cü ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 1 ton üçün 1000-dən artıq, təyyarə yanacağı üçün təxminən 1000 dollar olub. Dünya bazarında dizel yanacağı 902 dollara yaxın olub. 1% kükürdlü mazut isə 641 dollar dəyərində qiymətləndirilib.