Vaqif Səmədoğlu: “...yaman sərxoş idim o gün”

Vaqif Səmədoğlu, 2011

-


Mədə xərçəngindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu uzun müddətdən sonra şəxsi Facebook səhifəsində status-şeir paylaşıb. Modern.az xalq şairinin özü tərəfindən yazılan statusu təqdim edib:

“O gün
Bir insan öldürmədi başqasını,
Kəsildi müharibələrin səsi,
Bir qadına dəymədi əclaf əli.
Yaman sərxoş idim o gün...

O gün
Yaşmı da, azarımı da unudub,
Sarıldın 22 illik bədənində mənə,
Aldın başımı qollarının arasına,
Gözlərini yumub, azacıq araladın dodaqlarını.

Yaman sərxoş idim o gün...