Yatsenyuk Rusiyaya sanksiyaları götürməməyə çağırır

Ukraynanın baş naziri Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseniy Yatsenyuk dövlətləri Kiyev, Krım da daxil olmaqla, bütün ərazisi üzərində nəzarəti yenidən ələ alanadək, Rusiyaya sanksiyaları götürülməməyə səsləyib. BMT-nin Baş Assambleyasında danışan Yatsenyuk tələb edib ki, Rusiya Ukraynanın şərqindən əsgərlərini çəksin, “Rusiyanın rəhbərlik etdiyi terrorçuların təchizatını dayandırsın” və “əsl danışıqlara, sülh danışıqlarına” başlasın.

Moskva Ukraynana qoşun göndərmədiyini deyir.

Yatsenyuk deyib ki, Rusiya Kiyevlə sentyabrın 5-də əldə olunmuş atəşkəsin “bütün bəndlərinə” əməl etməlidir. Yatsenyuk Vladimir Putinə meydan oxuyan mesajlar da verib, deyib ki, Moskva döyüş səhnəsində qalib gələ bilər, “ancaq siz heç vaxt millətə, vahid Ukrayna millətinə qarşı savaşda qələbə çala bilməzsiniz”.

Yatsenyukdan bir neçə saat öncə ABŞ Prezidenti Barack Obama deyib ki, Moskva atəşkəs sazişinə əməl etsə, Vaşinqton sanksiyaları qaldıra bilər.