İran prezidenti Xəzər sammitinə qatılacaq

İran prezidenti -Hassan Rohani

İran prezidenti Hassan Rohani Xəzər sammitində iştirak etmək üçün Rusiyaya gedib.

Azərbaycanın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın liderlərinin də qatılacağı sammit Həştərxanda keçirilir.

Tədbir sentyabrın 29-da başlayır.

Xəzəryanı sərhəd liderləri illərdir ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirmək üçün müzakirə aparırlar.

Hazırda Xəzərlə bağlı 1921 və 1940-cı illərdə İranla Rusiya arasındakı razılaşmalar qüvvədədir.

Azərbaycan, Qazaxıstan və Türkmənistan bu razılaşmaları qəbul etmir.