Şahin Diniyev: «Yığmadan məğlub getmək istəmirəm»

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev oktyabrın 13-də Portuqaliya və Belçika yığmaları ilə oyunların yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Yığmanın hər iki oyunda 0:3 hesabıyla uduzmasını biabırçılıq kimi qiymətləndirməyən cənab Diniyev istefasının mümkünlüyü haqda suallara belə cavab verib: «Yığmada qalıb-qalmamağım AFFA prezidenti Ramiz Mirzəyevin qərarından asılıdır. Onun hər bir qərarına hörmətlə yanaşacağam. Ancaq yığmadan məğlub getmək istəmirəm».