“Azersun” daha üç yeni şirkət açıb

Foto arxiv

“Azersun Holding” şirkətlər qrupu daha üç yeni şirkət açıb.

Bu şirkətlər regionlarda fəaliyyət göstərəcək. Vergilər Nazirliyinin məlumatına görə, yeni təsis edilənlər “Qusar-Aqro” MMC,“Qusar-İstixana” və “Gozel Tebiet” şirkətləridir. Bu şirkətlər əsasən kənd təsərrüfatı malları istehsal edəcəklər.

“Azersun Holding” şirkətlər qrupu Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir və ərzq malları bazarında tədarükün həcminə görə lider sayılır. Şirkətin kənd təsərrüfatı, ərzaq malları istehsalı, kağız sənayesi, pərakəndə satış və distribusiya üzrə müəssisələri fəaliyyət göstərir.

2013-cü ilin maliyyə hesabatına görə, onun struktutuna 12 törəmə müəssisə daxildir.