Prezidenti İlham Əliyev Ümrə ziyarəti edəcək

Ilham Aliyev və Salman Bin Abdulaziz Al Saud

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri başa vurduqdan sonra aprelin 6-da xanımı ilə birlikdə Ər-Riyaddan Ciddə şəhərinə gedib.

Turanın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İlham Əliyev Ümrə-kiçik həcc ziyarəti edəcək.

Ümrə yalnız Kəbəni ziyarətdən ibarətdir və Həcc zamanı keçirilən çoxsaylı tədbirlərə daxil deyil.