Yanğında ölənlərin sayı 15-ə çatdı

-

Mayın 19-da Bakıda çoxmərtəbəli binadakı yanğın zamanı xəsarət alanlardan biri vəfat edib. O Kliniki Tibbi Mərkəzdə müalicə alırmış. Bu barədə “Trend”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 15 olub.

Xəsarət alan 56 nəfərə tibbi yardım göstərilib.

Həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 nəfər Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.

Hazırda xəstəxanada 14 nəfər var, qalanları evə buraxılıb.