Steinar Gil Arif Məmmədovun ondan yardım istədiyini yazır-YENİLƏNİB

Steinar Gil

-

Səfir Arif Məmmədovun Norveçdən yardım istədiyi bildirilir.

Bu haqda məlumat Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil-in «facebook» səhifəsində yerləşdirilib. Gil diplomatın ona göndərdiyi qısa məktubu paylaşıb və bildirib ki, Arif Məmmədov özü bunu xahiş edib.

Həmin məktubda deyilir ki, diplomat iyunun 29-dan iyulun 10-dək Norveçdə olacaq. O, Steinar Gil-lə görüşmək və Avropa mediasından dəstək istədiyini yazıb:

«Mən insanları oyandırmışam. Mənə Azərbaycanın gerçək dostlarının yardımı gərəkdir. Bu, SOS-dur».

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov mayın 19-da Bakıda yanan bina ilə bağlı status yazdığına görə tənqid və qınaqlarla üzləşib.

Bu arada Arif Məmmədov və onun «facebook»dakı statuslarını «layk» edən başqa diplomatların işdən çıxarılması haqda məlumat dolaşsa da, hələlik rəsmi təsdiqini tapmayıb.

***

Səfir Arif Məmmədov isə iyunun 6-da AzadlıqRadiosuna bildirib ki, Steinar Gil-in yaydığı status saxtadır. Səfir yazır:

"Fake. Onun statusu da, cavab da fake-dir. Amma Steynarı Azerbaycan xalgının dostu hesab edirem. O, Bakıda, xatırlayırsınızsa, insanlarla birlikdə meydanlara çıxırdı. Belə hal ondan qabaq və sonra olmamışdır. Bir dəfə də onun başına polis zopası ile zərbə belə endirilmisdi".