AZAL Avropa Oyunlarına gələnlərə 50% endirim edir

Arxiv fotosu

-

“Azərbaycan Hava Yolları” QSC (AZAL)I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici vətəndaşlar üçün xüsusi endirim edib.

AZAL-ın Mətbuat xidmətindən “APA-ya verilən məlumata görə, xarici ölkə vətəndaşları akkreditasiya sənədini təqdim etməklə ilin sonunadək şirkətin bütün reyslərinə 50% endirimlə bilet ala biləcəklər.