Azərbaycan yığmasının bayraqdarı seçildi

Foto illüstrasiya

-

I Avropa Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.

Məlumatı Milli Olimpiya Komitəsi yayıb.

Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir.

Azərbaycan yığması Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunacaq. Oyunların açılış mərasimi iyunun 12-də yerli vaxtla saat 21.00-da olacaq.