Avstriyalı idmançıların vurulması videosunu yayan polis işdən çıxarılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

-

Daxili İşlər Nazirliyinin mətbuat xidməti I Avropa Oyunlarının avstriyalı idmançıların avtobusla vurulması ilə bağlı növbəti məlumat yayıb.

Məlumatda deyilir ki, «Bakubus» MMC-ə aid avtobus hərəkət zolağından çıxıb və piyada səkisi ilə gedən Avstriya yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib, istintaq aparılır:

«Lakin həmin yol-nəqliyyat hadisəsinin videogörüntüləri naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib. DİN-nin aidiyyatı qurumları videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşının öz telefona köçürməklə tanışlarından birinə göndərməsini müəyyənləşdirib».

Məlumatda deyilir ki, ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal yoxlama aparılıb. O, daxili işlər orqanlarından xaric edilib.