Azərbaycandan daha bir medal

Foto illüstrasiya

Azərbaycan təmsilçisi Valentin Demyanenko kişilər arasında 200 m məsafəyə kanoe-təkbətək (C1) yarışında 40.142 saniyə nəticə göstərib. Bununla da o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Birinci yeri 40.064 saniyə nəticə ilə litvalı Henrikas Zustautas tutub.

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 3-cü gümüş medal, ümumilikdə isə 17-ci medaldır.