Azərbaycana 21-ci qızıl da boksda gəldi

Foto illüstrasiya

-

I Avropa Oyunlarında Azərbaycana 21-ci qızıl medal da boksda gəldi.

69 kiloqramda final görüşündə Azərbaycan yığmasının üzvü Pərviz Bağırov rusiyalı Alexander Besputin-i məğlub etdi.

Beləliklə I Avropa Oyunlarında Azərbaycan boksda 6-cı, ümumilikdə isə 21-ci qızıl medalını qazandı.

Bundan əvvəl isə boksçular arasında 91 kiloqramda keçirilən yarışmada Azərbaycanı təmsil edən Abdulqadir Abdullayev qızıl medala yiyələnmişdi. Onun ukraynalı rəqibi Gevorg Manukian final görüşünə zədə üzündən çıxmamışdı.