Rəşad Sadıqov idman tarixinə düşüb

AFFA-nın «Neftçi»nin heyətində ölkə futbol çempionatında çıxışına qadağa qoyduğu Rəşad Sadıqov Azərbaycan idman tarixinə düşüb. Belə ki, Sadıqov basketbol üzrə ölkə çempionatının oyununda meydana çıxıb. Rəşad bu dəfə heç bir xal qazanmasa da, komandası «NTD Servis-Devon» «Aztop» üzərində inamlı qələbə qazanmağı bacarıb-80:60