Mingəçevirdə rəis və polis zabiti cəzalandırıldı

Foto arxiv

Mingəçevir Şəhər Polis Şöbəsində Bəhruz Hacıyevin ölümü ilə əlaqədar 2 zabit cəzalandırılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatına görə, araşdırma nəticəsindı müəyyən edilib ki, cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi ağır nəticəyə səbəb olub.

O daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlova isə şiddətli töhmət verilib.

İstintaqın gedişi Azərbaycan prezidentinin nəzarətindədir və mütəmadi məlumat verilir.