«Azərbaycan futbolu dastan yazdı»

«Qarabağ»ın qələbəsi fotolarda

-

Azərbaycanın iki klubu – «Qarabağ» və «Qəbələ»nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Türkiyə mediasında da işıqlandırılıb.

fanatik.com.tr idman saytı «Azərbaycan futbolu dastan yazdı» başlığı ilə olayı xəbərləyib.

«NTV Spor» telekanalının saytında da «Azərbaycandan tarixi uğur» başlıqlı xəbər yerləşdirilib.

Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində «Panathinaikos»-«Qəbələ» matçında 2-2 hesabı ilə heç-heçə qeydə alınıb. Bundan əvvəl Azərbaycanda keçirilən ilk oyun qolsuz bərabərliklə bitdiyi üçün mövcud qaydalar əsasında rəqib meydançada 2 qol vurmuş «Qəbələ» növbəti mərhələyə keçib.

«Qarabağ» isə Bakıda «Young Boys»a (İsveçrə) 3:0 hesabı ilə qalib gəlib. «Qarabağ» səfərdə keçirilən ilk oyunu da 0:1 udmuşdu.