Rayon maşınları qış qrafikinə keçir

Sizin brauzer HTML5-i dəstəkləmir

Sürücü: "Başım çıxmır bu nə işdir?"

-

Rayon qeydiyyatında olan maşınların Bakıya buraxılış vaxtı oktyabrın 1-dən dəyişir.

Yeni qış qrafikinə keçilir.

Qış qrafikinə görə, oktyabrın 1-dən mayın 1-dək səhər saat 7-dən axşam saat 9-dək yük və rayon qeydiyyatında olan minik maşınları Bakıya buraxılmayacaq.

Bu maşınlar axşam saat 9-dan səhər saat 7-dək şəhərə daxil olacaq.

Yay qrafikində isə bu müddət səhər saat 7-dən axşam saat 10-dək idi.