ABŞ Rusiyanın məramına şübhə edir

ABŞ Dövlət katibi John Kerry

“ABŞ və digər ölkə rəsmiləri Rusiyanın Suriyada hərbi iştirakının kəsinləşməsinə şübhə ilə yanaşırlar”.

BunuABŞ Dövlət katibi John Kerry sentyabrın 30-da Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bir neçə saat sonra bəyan edib.

Kerri Rusiyanın sədrliyi ilə BMT təhlükəsialik şurasının iclasında çıxış edərkən bildirib ki, əgər Rusiyanın İslam Dövləti qrupunu məhv etmək istəyi həqiqidirsə ABŞ və onun müttəfiqləri bunun alqışlayır.

Amma Kerry qeyd edib ki, onlar hədəfin həqiqətən də İslam Dövləti qrupu olub-olmamasından hələ də dərin narahatdırlar.

ABŞ bilmək istəyir ki, Rusiya həqiqətən də İslam Dövləti qrupuna qarşı mübarizə aparır, yoxsa Suriya prezidenti Bashar Assadı müdafiə edir.