ABŞ, NATO Rusiyanı pisləyir

Suriyanın Latakya hava bazasında Rusiya təyyarəsi

-

Birləşmiş Ştatlar və NATO müttəfiqləri Rusiyanın Türkiyənin hava məkanına müdaxiləsini pisləyib. Ankara bildirib ki, Rusiya hərbi təyyarəsi oktyabrın 3-də ölkənin hava məkanını pozandan sonra Türkiyə təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Oktyabrın 4-də də sərhədi qoruyan Türkiyə qırıcılarının naməlum təyyarələr tərəfindən “həyəcanlı duruma salındığı” bildirilir.

Rusiya Müdafiə Nazirliyi hərbi təyyarələrindən birinin “əlverişsiz hava şəraiti” üzündən Türkiyə hava məkanına qısa müddətə girdiyini bəyan edib.

Oktyabrın 5-də keçirilən fövqəladə toplantıdan sonra NATO deyib ki, “Müttəfiqlər Türkiyənin suveren hava məkanının bu formada pozulmasına güclü şəkildə etiraz edir və NATO hava məkanına müdaxiləni pisləyir. Müttəfiqlər həmçinin bu cür məsuliyyətsiz davranışın aşırı təhlükəsini qeyd edirlər,” bəyanatda qeyd olunur.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə müdaxiləni “ehtiyatsız” hərəkət adlandırıb.

NATO öncə də Rusiyanın Suriyaya hava hücumlarını tənqid edib. Belə ki, Rusiya prezident Bashar al-Assad-a qarşı vuruşan üsyançı qrupları hədəfə alıb.