Jagland İ.Məmmədovu azad etməyə çağırıb

Thorbjoern Jagland

Avropa Şurasının baş katibi Thorbjorn Jagland yenidən Azərbaycan hakimiyyətini ReAl hərəkatının lideri İlqar Məmmədovu azad etməyə çağırıb:

“Dəfələrlə İlqar Məmmədovla bağlı Azərbaycan hakimiyyətinə müraciət edib və bəyanatlarla çıxış etmişəm. Hesab edirəm ki, o, ədalətsiz olaraq həbs edilib və bütün bu cür məhbuslarla birlikdə azad edilməlidir”- deyə Yaqland bildirib.

O bunu oktyabrın 13-də Strasburqda keçirilən mətbuat konfransında Turanın müxbirinin Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı sualını cavablandırarkən deyib.