Diplomatik korpuslarda MTN əməkdaşları

Hikmət Hacıyev

“Beynəlxalq diplomatik praktika və dövlətlərarası əməkdaşlığa ə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumları əməkdaşlarının da təmsil olunması adi haldır”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanındiplomatik nümayəndəliklərində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının çalışması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu çərçivədə ölkədən, ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq Azərbaycanın müvafiq diplomatik nümayəndəliklərində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar: “Qarşılıqlılıq prinsipi əsasında digər dövlətlərin də Azərbaycandakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”-deyə o bildirib.