"Qəbələ" Dortmunda,"Monako" Bakıya gedir

Foto arxiv

Futbol üzrə Avropa Liqası qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ın qonağı olacaq Fransanın "Monako"nun Bakıya gələcəyi tarix müəyyənləşib.

Klubun məlumatına görə, “Monako” artıq noyabrın 3-ü axşam saatlarında Bakıda olacaq, ertəsi gün isə oyunqabağı məşqinə çıxacaq.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu yerli vaxtla saat 20:00-da başlayacaq.

Azərbaycanı futbol üzrə Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” klubu da noyabrın 5-dəAlmaniyada Dortmundun "Borussiya" klubu ilə qarşılaşacaq.

Oyunu belçikalı hakimlər idarə edəcək.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.