"Pley-off" mərhələsinin cavab oyunları

Foto arxiv

"Avro-2016"nın final mərhələsinə vəsiqə uğrunda "pley-off" mərhələsinin cavab oyunları keçirilir.

İrlandiya millisi noyabrın 16-da öz meydanında Bosniya və Hersoqavinanı qəbul edəcək.

Komandalar arasında keçirilən ilk görüş heç-heçə, 1:1 olub.

Bosniya və Hersoqavina millisinə “Qarabağ”ın qapıçısı İbrahiç Şehiç də dəvət olunub.

Noyabrın 17-də isə Sloveniya Ukrayna millisini,Danimarka isə İsveçi qəbul edəcək.

Ukraynada keçirilən ilk görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə olub.

Həmçinin İsveç öz meydanında Danimarkanı 2:1 hesabı ilə məğlub edib.

16 noyabr

"Avro-2016", pley-off mərhələsinin cavab oyunu

23:45.İrlandiya - Bosniya və Hersoqovina

İlk oyun - 1:1

17 noyabr

Sloveniya - Ukrayna

İlk oyun - 0:2

Danimarka - İsveç

İlk oyun - 1:2