Neft Fondunun payçı olduğu banka ABŞ-dan sanksiya

VTB

-

ABŞ Ukraynanın şərqində gedən münaqişə və Krımın ilhaqı ilə birbaşa və ya dolayı bağlılığı olan 34 fərd və şirkəti sanksiyalar siyahısına əlavə edib.

Bu siyahıda Dövlət Neft Fondunun (DNF) payçı olduğu VTB ASC də var.

2013-cü ildə DNF «Bank VTB» ASC-nin emissiya etdiyi 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq, bankın ümumi səhm kapitalında 2.99%-lik paya sahib olmuşdu.