"Qarabağ"ın oyunçusu Türkiyədə oynaya bilər

Foto arxiv

Türkiyənin "Mersin İdman Yurdu" futbol klubunun rəhbərliyi "Qarabağ"ın müdafiəçisi Qara Qarayev və "Kəpəz"in hücumçusu Tural Rzayevlə bağlı qərarını dekabrın 29-da açıqlayacaq.

"Report"un məlumatına görə, bu barədə klubun baş məşqçisi Bülənt Qorxmaz açıqlama verib.

47 yaşlı mütəxəssis hər iki futbolçuya ciddi maraq göstərdiyini və dekabrın 29-da rəhbərliklə görüşərək transfer barədə qərar verəcəyini deyir.

Qeyd edək ki, "Mersin İdman Yurdu" Türkiyə Super Liqasında 17 turdan sonra 10 xalla 17-ci yerdədir.

Klub dekabrın 27-də "Bursaspor"a 1:2 hesabı ilə məğlub olub.