Rəsmilər Nardaranda dini icma yaradirlar

Nardaran məscidi

-

Dövlət müşaviri Kaml Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaran qəsəbəsindəki “Rəhimə xanım” ziyarətgahında bir qrup dindar və ağsaqqalla görüşüblər. “Modern.az” bunu dini komitəyə istinadən bildirir. Ziyarətgaha gəlişdə məqsəd qəsəbədəki məscidlərdə və ziyarətgahda dini icma yaratmaq olub.

Rəsmilər öikədə olduğu kimi Nardaranda da məscidlərin qanun çərçivəsində fəaliyyət göstərməli olduğunu vurğulayıblar.