Kosovo serblərinin lideri 9 il aldı

Oliver Ivanovic

Beynəlxalq məhkəmə Kosovo serblərinin siyasi liderlərindən biri Oliver İvanovici 9 il azadlıqdan məhrum edib.

O hərbi cinayətlərdə təqsirli bilinib.

Qərarı yanvarın 21-də Avropa Birliyinin Kosovodakı məhkəmə missiyası çıxarıb.

İvanovic 1999-cu ildə Kosovo müharibəsi dövründə etnik albanların qətli və işgəncələrdə ittiham olunurdu.

O həmin vaxt Kosovodakı serb polisinin rəhbəri olub.

İvanoviç 2014-cü ildə Kosovodakı bölünmüş Mitrovitce şəhərində həbs olunub.

O ittihamları rədd edir.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.

100-dən çox ölkə onun müstəqilliyini tanısa da Rusiya, Serbiya və bir sıra ölkələr Kosovonu müstəqil dövlət kimi tanımırlar.

Kosovo ilə münasibətlərin normallaşması Serbiyanın Avropa Birliyinə qoşulmasında şərtlərdən biridir.