Azərbaycanın 10 ölkəyə viza güzəşti

Bakı hava limanı

-

Xarici İşlər Nazirliyi (XİN) bəzi xarici vətəndaşlar üçün vizaların verilməsini sadələşdirib. Bundan sonra Azərbaycana gəlmək istəyən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları hava limanlarında daha rahatlıqla viza əldə edə biləcəklər. XİN viza sadələşdirilməsinin insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə edildiyini bildirib.

Xəbəri nazirliyin saytı yayıb.