Blatterlə Platininin cəzası yüngülləşdirilib

Joseph Blatter və Michel Platini

FİFA və UEFA-nın keçmiş prezidentləri Sepp Blatterlə Michel Platininin cəzası yüngülləşdirilib.

Xarici idman portallarının məlumatına görə, FİFA 8 il müddətinə vəzifədən kənarlaşdırılan bu şəxslərin cəzasını 6 ilə endirib.

Onların digər etirazları isə rədd edilib.

Qeyd edək ki, Sepp Blatter Michel Platininin hesabına 2 milyon dollar vəsait köçürməkdə ittiham olunur və bununla bağlı rəsmi sənəd yoxdur.

Platini isə bunun qanuni olduğunu və bu vəsaitin gördüyü işə görə köçürüldüyünü deyir.