Xaricdə təhsil proqramında dəyişiklik

Mikayıl Cabbarov

-

"2007-2015-ci illər üzrə xaricdə təhsil üzrə birinci dövlət proqramından 3500-dən artıq tələbə, magistr və doktorant yararlanıb. İcrası keçən il sona çatan proqram qarşısında qoyulan əsas məqsədlərin, bəziləri yerinə yetirilmiş kimi qəbul olunur".

Bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, birinci proqramın tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsi bakalavr pilləsində təhsilə göndərilib. Növbəti proqramda isə fokus dəyişəcək.

“Dəyişikliklərə bakalavrlardan daha çox magistr və doktorant səviyyəsində təhsilə göndərilən namizədlərə üstünlüklərin verilməsi aiddir. Bakalavrlar yalnız nadir hallarda, seçilən ixtisaslar Azərbaycanda tədris olunmadığı təqdirdə xaricə göndərilə biləcəklər” - deyən nazir ölkədə bu sahədə irəliləyişlərin əldə olunduğunu söyləyib.

Nazirin sözlərinə görə, dəyişiklikdəki digər istiqamət ölkənin aparıcı universitetlərinə xaricdən professor və müəllimlərin cəlb edilməsi olacaq.