Rusiyalı turistlər Gürcüstana axışır

Tbilisi

Gürcüstan rusiyalı turistlər üçün ən gəzməli yerlərdən birinə dönüb.

Moskva Türkiyə və Misirə tur paketlərinin satışını dayandırdığından Rusiyadan Gürcüstana turist axını daima artır.

İlin əvvəllərindən bu yana Rusiyadan Gürcüstana 200 mindən çox turist gedib.

2015-ci ildə isə bu göstərici təxminən 1 milyon olub.

Travel.ru saytının məlumatına görə, may bayramlarında Gürcüstan rusiyalıları turistlərin ən çox baş çəkdiyi 10 ölkə arasına düşüb.